19:30 23-02-2017
news_image
5259
TOP OYUNLARI

“Azərreyl” nə set qazandı, nə də xal - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında V tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son qarşılaşması Bakıda baş tutub.

 

Azərbaycan çempionu “Azərreyl” Türkiyənin “Fənərbaxça” klubunu qəbul edib. Qarşılaşma rəqibin asan qələbəsi ilə yekunlaşıb. Famil Ağayevin yetirmələri İstanbul təmsilçisinə müqavimət göstərməyə çalışsalar da, bunu bacarmayıblar.

 

Belə ki, ilk seti 6 top geridə bitirən “dəmiryolçular” ikinci hissədə də çətin anlar yaşayıblar. Marçello Abbondanzanın çalışdırdığı “Fənərbaxça” bu dəfə 25:16 hesabı ilə qalib gəlib.

 

Üçüncü set isə sonuncu olub. “Azərreyl” bu dəfə ciddi müqavimət göstərsə də, 3 top fərqi ilə uduzub.

 

Beləliklə, Bakı təmsilçisi ilk oyunda olduğu kimi bu dəfə də rəqibindən nə set, nə də xal ala bilib. Nəticədə “Fənərbaxça”nın pley-offa qrup birincisi kimi yüksəlməsi rəsmiləşib. Komandamız isə turnir cədvəlində yenə ikincidi.

 

Çempionlar Liqası

Qrup mərhələsi

C qrupu

23 fevral

 

“Azərreyl” (Azərbaycan) – “Fənərbaxça” - 0:3 (19:25, 16:25, 22:25)

Hakimlər: Aleksandr Pavlov (Rusiya), Epaminondas Qerothoduros (Yunanıstan)

Bakı. “Azərreyl” Voleybol Mərkəzi

 

 

1.

Fənərbaxça (Türkiyə)

5

5

0

15-1

398-300

15

2.

Azərreyl (Azərbaycan)

5

3

2

6-8

358-368

9

3.

Dabrova Qornitsa (Polşa)

5

2

3

8-10

404-397

6

4.

Sen-Rafael (Fransa)

5

0

5

2-15

318-413

0