00:00 23-02-2017
news_image
624
FUTBOL

“Real”dan gözlənilməz məğlubiyyət - VİDEO

İspaniya La Liqasında təxirə salınmış bir oyun baş tutub. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ı səfərdə “Valensiya” ilə qarşılaşıb.

 

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Turnir cədvəlinin aşağı pillələrində məskunlaşmış “yarasalar”ın gözlənilməz qələbə sayəsində xalı 23-ə yüksəlib.

 

Qeyd edək ki, hazırda turnir cədvəlinin zirvəsində yer alan “kral klubu” bir oyun əskik olmaqla 52 xalla izləyicisi “Barselona”nı 1 xal qabaqlayır.