09:59 23-02-2017
news_image

Cüdoçular coşğu ilə qarşılandı - FOTO

İspaniyanın Fuengirola şəhərində yeniyetmələr arasında Avropa kubokunda böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Apasport.az xəbər verir ki, turnirdə 4 qızıl, 2 gümüş və 1 bürüc medal qazanan və komanda hesabında birinci olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bir qrup azarkeş böyük coşğu ilə qarşılayıblar.

Qeyd edək ki, Avropa kubokunda Ayxan Tanrıverdiyev (55 kq), Vüsal İbrahimov (60 kq), Məhəmməd Abdullayev (90 kq) və Vüsalə Kərimova (40 kq) qızıl, Knyaz Mahmudlu (66 kq) və Adil Kərimli (90 kq) gümüş, Nazir Talıbov (50 kq) isə bürünc medal qazanıb.