20:04 23-02-2017
news_image
550
TOP OYUNLARI

Yığmamızın hücumçusu “Fənərbaxça” ilə oyunun ən yaxşısı seçildi

Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Azərreyl” – “Fənərbaxça” matçının statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə başa çatan görüşün ən dəyərli oyunçusu Katerina Jidkova seçilib.

 

Yığmamızın da şərəfini qoruyan voleybolçu 15 xal toplamaqla bombardir adına da yiyələnib. O, həmçinin ən yaxşı hücumçu nominasiyasında da hamıdan güclü olub – 14 xal.

 

Ən yaxşı top qəbul edən oyunçu da “Azərreyl”in üzvü olub. Valeriya Məmmədova hər kəsi qabaqlayıb.

 

“Fənərbaxça”lı Polen Uslupehlivan isə ən yaxşı blokçu olub – 3 blok.

 

Famil Ağayevin digər yetirmələrinin statistikasına gəlincə, Tatyana Bokan 9, Anastasiya Qurbanova və Malika Kanzonq hərəsinə 5, Edina Dobi 4, Aynur Kərimova isə 3 xal toplayıb.