18:07 24-02-2017
news_image
3729
TOP OYUNLARI

“Azəryol” yenə asan qələbə qazandı - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, günün yeganə matçında “Azəryol” Gürcüstan millisini sınağa çəkib.

 

Eldar Yusubovun yetirmələrinin ilk 2 dövrədə olduğu kimi bu dəfə də asan qələbə qazanması proqnozlaşdırılırdı. Ehtimallar özünü doğruldub. Belə ki, ilk setdə rəqibini 10 topluq fərqlə məğlub edən “Azəryol” növbəti hissəni 25:9 hesabı ilə aktivinə yazıb.

 

Üçüncü set isə sonuncu olub. Bakı təmsilçisi bu dəfə 25:11 hesabı ilə qalib gəlib. Onlar bununla da xal ehtiyatını 22-yə çatdırıblar.

 

 

24 fevral

“Azəryol” – Gürcüstan - 3:0 (25:15, 25:9, 25:11)

“Azərreyl” Voleybol Mərkəzi

 

I oyun: “Azəryol” – Gürcüstan – 3:0 (25:9; 25:12; 25:16)

II oyun: Gürcüstan – “Azəryol” - 0:3 (16:25, 13:25, 12:25)

 

 Telekom

12

11

1

33-14

1096-877

29

Azərreyl

11

8

3

30-11

939-741

26

Azəryol

13

7

6

27-18

1003-873

22

Lokomotiv

11

2

9

7-28

585-829

6

Gürcüstan

9

0

9

1-27

392-695

0