17:45 25-02-2017
news_image
433
TOP OYUNLARI

Qalib tay-brekdə müəyyənləşdi

Qadın voleybolçular arasında Azərbaycan çempionatının 1-ci liqasında yarışa yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün çempionatın həlledici qarşılaşmaları keçirilib.

 

Öncə 3-cü yer uğrunda mübarizə aparan “Azərreyl” və “Qax” qarşılaşıb. 3:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi bürünc medallara yiyələnib.

 

Çempionluq uğrunda oyunda isə “Xətai” və “Gəncə” üz-üzə gəlib. Qalib tay-brekdə müəyyənləşib. Bakılılar 3:2 hesablı qələbə ilə 1-ci yerə sahib çıxıb.