00:02 26-02-2017
news_image
1050
TOP OYUNLARI

“Bu təcrübəni millinin oyunlarına da əks etdirəcəyik” – Yelizaveta Səmədova

“Bu günə qədər Çempionlar Liqasında böyük komandalara qarşı 5 matç keçirdik. Bu, bizə çox dəyərli təcrübə qazanmaq imkanı verdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Telekom”un oyunçusu Yelizaveta Səmədova deyib.

 

Qadın voleybolçular arasında Çempionlar Liqasında çıxış edən təmsilçimizin hücumçusu Avropa Voleybol Konfederasiyasının saytına açıqlama verib.

 

Voleybolçumuz qitənin ən nüfuzlu klub turnirində qazandıqları təcrübənin gələcəkdə çox yararlarına olacağını bildirib: “Avropada oynadığımız oyunlar bizə Azərbaycan Liqasındakı çıxışımızda çox kömək edəcək. Ümid edirəm ki, bu təcrübəni milli komandamızın matçlarında da əks etdirə biləcəyik. Qarşıdakı “Konelyano” ilə görüşə gəlincə isə, çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edib yaxşı nəticə qazanaq”.