
00:16
Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE “Qran-Pri”si davam edir. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan VIII turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşıb.
Qrossmeysterimiz qara fiqurlarla oynadığı partiyada 60-cı gedişdə məğlubiyyəti dərk edərək matçı saxlayıb.
Turnirdəki ilk məğlubiyyətdən sonra 4.5 xalda qalan Şəhriyar liderliyi də əldən verib.