13:34 27-02-2017
news_image
2070
TOP OYUNLARI

Gürcüstan millisi Bakıda yenə uduzdu - YENİLƏNİB

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Gürcüstan yığması III dövrənin son qarşılaşmasında “Lokomotiv”lə üz-üzə gəlib.

 

Autsayderlərin görüşündə Vüqar Əliyevin yetirmələri qələbə qazanıblar. Onlar ilk 2 dövrədə olduğu kimi gürcülərdən yenə 3 xal alıblar.

 

Belə ki, birinci seti 12 top fərqi ilə qalib gələn voleybolçularımız ardınca üstünlüyü əldən verib - 1:1. Lakin 3-cü və 4-cü hissələrdə daha yaxşı oyun nümayiş etdirən "Lokomotiv" matçı aktivinə yazıb.

 

Beləliklə, Gürcüstan millisi növbəti 4 oyununu xalsız bitirərək, bu gün Bakıdan Tiflisə yollanacaqlar. 

 

27 fevral

“Lokomotiv” – Gürcüstan - 3:1 (25:13, 20:25, 25:16, 25:12)

“Azərreyl” Voleybol Mərkəzi

 

I dövrə: “Lokomotiv” – Gürcüstan – 3:0 (25:22; 25:17; 25:21)

II dövrə: Gürcüstan – “Lokomotiv” - 1:3 (25:20, 11:25, 18:25, 16:25)

 

 

Komanda

O

Q

M

S/F

T/F

X

Telekom

13

12

1

36-15

1194-943

32

Azərreyl

12

9

3

33-11

1014-774

29

Azəryol

13

7

6

27-18

1003-873

22

Lokomotiv

12

3

9

10-29

680-895

9

Gürcüstan

12

0

12

3-36

557-963

0