10:42 27-02-2017
news_image

Azərbaycan boksçusu Sofiyadan medalla qayıdır - FOTO

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin heyətində Anna Əlimərdanova çıxışını gümüş medalla bitirib.

 

54 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda bolqarıstanlı Stanimira Petrovaya 2:3 (28:29, 27:30, 27:30, 29:28, 30:27) hesabı ilə uduzub. 

 

Qeyd edək ki, “Strandja” turnirinə Əlimərdanova ilə yanaşı 9 kişi boksçumuz qatılsa da, onlar medal qazana bilməyiblər.