13:11 27-02-2017
news_image
670
TOP OYUNLARI

Mario Azərbaycana gəlir

Qadın voleybolçular arasında Çempionlar Liqasının VI turu üçün hakimlərin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakının “Azərreyl” və “Telekom” klubları da qrupda son matçlarını idarə edəcək ədalət təmsilçilərini tanıyıb.

 

Belə ki, “Telekom”un “Konegliano” (İtaliya) ilə oyunu Mario Bernaolaya (İspaniya) həvalə edilib. Bakıda təşkil olunacaq matçda ikinci hakim funksiyasını Mirko Yankoviç (Serbiya) yerinə yetirəcək.

 

“Dabrova Qornitsa” (Polşa) – “Azərreyl” qarşılaşmasında isə Nadejda Kozlova (Rusiya) və Toomas Murulo (Estoniya) fit çalacaqlar.

 

Qeyd edək ki, hər 2 matç fevralın 28-də baş tutacaq.