14:02 27-02-2017
news_image
460
DİGƏR NÖVLƏR

İdmançımız Dehlidə medal qazandı

Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, martın 2-də başa çatacaq yarış Azərbaycan millisi üçün uğurla start götürüb.

 

Dünya Kubokundakı yeganə təmsilçimiz Ruslan Lunyov 25 m məsafəyə atəşaçmada çıxışını 3-cü yerdə başa vurub. Belə ki, snayperimiz təsnifat mərhələsində 579 xalla dördüncü yeri tutsa da, həlledici atışlarda 23 xalla bürünc medala sahib olub. O, 31 xal toplayan çinlilər – Jiajie Lao və Junmin Lindən geri qalıb.

 

Qeyd edək ki, Lunyov 10 m məsafədən atəşaçmada da hədəf önünə keçəcək.