14:42 27-02-2017
news_image
1859
DÖYÜŞ NÖVLƏRİ

Cüdo yığmamızda yeni baş məşqçi

Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət milli komandasının məşqçilər heyətində dəyişiklik gerçəkləşib. Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığmanın əvvəlki baş məşqçisi Rəşad Məmmədovu Elçin İsmayılov əvəz edib.

 

Rəşad Həsənov, Ramil İsmayılov və İlham Məmmədov isə millidə köməkçi məşqçi vəzifəsini icra edəcək.

 

Məşqçilər gənclərdən ibarət milli komandamızın üzvlərinə təqdim olunub.