15:23 27-02-2017
news_image
2540
TOP OYUNLARI

Biri qapını çırpmaq, digəri pley-off arzusunda

Sabah qadın voleybolçular arasında Çempionlar Liqasında qrup mərhələsinin son matçları keçiriləcək. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin VI turunda Bakı klublarından biri evdə, digəri səfərdə oynayacaq.

 

Belə ki, artıq növbəti mərhələ şansını itirən “Telekom” İtaliya “Konegliano”sunu qəbul edəcək. Matçın komandamız üçün gərgin keçəcəyi gözləniləndi. Aktivində xalı olmayan Zoran Qayiçin yetirmələri A seriyasının qalibi ilə qarşılaşmada tilsimi qırmaq arzusundadılar. Üzərilərində heç bir təzyiq olmayan bakılılar qapını çırpmağa çalışacaqlar.

 

“Dördlər finalı”na ev sahibliyi edəcək “Konegliano” üçün də nəticənin heç bir fərqi olmayacaq. Yarımfinalda rəqibini gözləyən Trevizo klubu baxımlı oyun nümayiş etdirmək arzusundadı.

 

Səfərdə oynayacaq “Azərreyl” isə Polşada “Dabrova Qornitsa” ilə gücünü yoxlayacaq. Bakıda rəqibini məğlub edən Famil Ağayevin yetirmələrinə qrupda ikinci yeri tutmaq üçün 1 xal da kifayətdi. Lakin bu onların pley-off arzularını gerçəkləşdirməyəcək. Çünki “dəmiryolçular”ın taleyi öz əllərində deyil. Digər komandalardan asılı vəziyyətdə olan təmsilçimizə son turda 3:0 hesablı qələbə də yetərli olmaya bilər.

 

İkinci yerlərlə müqayisədə ən yaxşı iki komandadan biri olmaq üçün mütləq 3 xal qazanmalı olan “Azərreyl” A qrupunda “Ximik”in (Polşa), B qrupunda “Volero”nun (İsveçrə) və D qrupunda “Əczaçıbaşı”nın (Türkiyə) büdrəməsinə ümid etməlidi. Bu komandalardan ikisi “Azərreyl”dən geri qalmalıdı ki, təmsilçimizin yolu açılsın.

 

“Telekom” da yer aldığı yer aldığı A qrupunda lider “Modena”nın qonağı olacaq “Ximik”in istənilən xal itkisi komandamıza sərf edir. Bu da kifayət qədər inandırıcı görünür. Polşalılar səfərdən 3 xalla dönsə “Azərreyl”dən üstün olacaq. Digər iki komanda isə meydanı məğlubiyyətlə tərk etməlidi. Hərçənd onların hər ikisi autsayderlə üz-üzə gələcək. Türkiyəlilər evdə “Drezdner”, isveçrəlilər isə öz meydanında Krasnodar “Dinamo”sunu sınağa çəkəcəklər. Digər matçlardan asılı olaraq “Volero”ya hətta 1 xal da kifayət edə bilər.

 

Ən yaxşı qrup ikinciliyinə iddia edənlərdən meydana birinci “Əczaçıbaşı” çıxacaq. “Azərreyl” isə qalib gələcəyi halda digər qarşılaşmaların nəticəsini gözləməlidi.

 

28 fevral

Qrup mərhələsi, VI tur

 

A qrupu

17:00. Telekom” (Azərbaycan) – “Konegliyano” (İtaliya)

Hakimlər: Mario Bernaola (İspaniya), Mirko Yankoviç (Serbiya)

Bakı. “Sərhədçi” Olimpiya İdman Mərkəzi

 

1

Modena (İtaliya)

5

4

1

14-7

495-457

12

2

Ximik (Polşa)

5

3

2

12-9

458-416

9

3

Konegliyano (İtaliya)

5

3

2

13-10

491-487

9

4

Telekom (Azərbaycan)

5

0

5

2-15

342-426

0

 

C qrupu

21:00. “Dabrova Qornitsa” (Polşa) – “Azərreyl” (Azərbaycan)

Hakimlər: Nadejda Kozlova (Rusiya), Toomas Murulo (Estoniya)

Dabrova Qornitsa. “Sentrum”

 

1

Fənərbaxça (Türkiyə)

5

5

0

15-1

398-300

15

2

Azərreyl (Azərbaycan)

5

3

2

9-8

358-368

9

3

Dabrova Qornitsa (Polşa)

5

2

3

8-10

404-397

6

4

Sen-Rafael (Fransa)

5

0

5

2-15

318-413

0