22:52 27-02-2017
news_image
805
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov "Qran-Pri"nin 3 qalibindən biridi

Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE “Qran-Pri”sində ilk etap başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün baş tutan son turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov çinli Hou Yifanla qarşılaşıb.

 

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

 

Bu nəticə ilə birlikdə xallarını 5.5-ə yüksəldən Məmmədyarov Maksim Vaşe-Laqrev və Aleksandr Qrişukla birlikdə ilk pillədə qərarlaşıb.