14:53 28-02-2017
news_image
534
DİGƏR NÖVLƏR

İkinci “güllə” boşa çıxdı

Hindistanın paytaxtı Dehlidə güllə atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, martın 2-də başa çatacaq yarış artıq Azərbaycan millisi üçün bitib.

 

Belə ki, Dünya Kuboku 25 m məsafəyə atəşaçmada bürünc medal qazanan Ruslan Lunyovun ikinci cəhdi boşa çıxıb. Həmyerlimiz 10 m məsafədən hədəfi nişanalmada lazımı nəticəni göstərə bilməyib. 569 xal toplayan Lunyov 28-ci yeri tutub.

 

Qeyd edək ki, Azərbaycan Dehlidə 1 snayperlə təmsil olunurdu.