13:13 02-03-2017
news_image
351
TOP OYUNLARI

Həndbol yığmamız Rusiya klubu ilə bacarmadı

Qadın həndbolçulardan ibarət Azərbaycan yığması Rusiyada təlim-məşq toplanışı çərçivəsində yoxlama matçları keçirib. Apasport.az saytının məlumatına görə, Bakıda təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlaşan komandamız “Stavropolye-SKFU” klubu ilə qarşılaşıb.

 

Komandalar 2 yoxlama oyunu keçiriblər. Georgi Voronovun yetirmələri hər 2 matçda məğlub olublar. İlk görüşdə 28:26 hesabı ilə qalib gələn Superliqa təmsilçisi ikinci oyunda daha böyük fərqlə qələbə qazanıb – 29:23.

 

Ardıcıl 4-cü ildi Stavropolun qonağı olan yığmamızın bu dəfə meydan sahiblərinə daha çox müqavimət göstərib. Bunu rusiyalı baş məşqçi Yevgeni Zotin açıqlayıb: “İldən-ilə oyunlar daha gərgin keçir. Yoldaşlıq xarakteri daşısa da, güzəştsiz, sərt matçlar izlədik. Sonadək amansız mübarizə apardıq. Belə sərt sınaqlar ölkə çempionatının məsul oyunları öncəsi bizim üçün göydəndüşmə oldu”.