15:23 02-04-2008
news_image
485
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı Fransada beynəlxalq turnirdə mübarizə aparacaq

Bakı. Kənan Həsənov-APA-Sport. Aprelin 19-da Fransanın Malakoff şəhərində beynəlxalq şahmat turniri start götürəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 6000 avro mükafat fondu olan və 7-ci dəfə təşkil olunacaq yarışda 57 şahmatçının iştirakı təsdiqlənib. Fransada yaşayan həmyerlimiz Namiq Quliyev də mükafatlar uğrunda mübarizə aparacaq. Beynəlxalq qrossmeysterimiz 9 turdan ibarət yarışın reytinq favoritidir.