21:33 02-03-2017
news_image
1012
DÖYÜŞ NÖVLƏRİ

Yeniyetmə cüdoçuların Naxçıvan birinciliyi - FOTOSESSİYA

Naxçıvanda 5 mart bədən tərbiyəsi və idman gününə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Naxçıvan Muxtar Respublikasının birinciliyi keçirilib. Apasport.az saytının məlumatına görə, İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan yarışda 4 klubdan ümumilikdə 91 yeniyetmə cüdoçu medallar uğrunda mübarizə aparıb.

 

Naxçıvan Muxtar Respublikası, Tələbə İdman Klubu Naxçıvan, Şərur və Culfa klublarını təmsil edən iştirakçılar 10 çəki dərəcəsində yarışıblar.

 

30 kq, 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq və +66kq çəki dərəcəlirəndə bütün qaliblərə medallar, Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Cüdo Federasiyasının diplomları təqdim edilib.