09:29 06-03-2017
news_image

Cüdoçularımız Avropa kubokundan 9 medalla qayıdır

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 5 medal yazdırıb.

 

Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl , Adil Kərimli (90 kq) və Məhəmməd Abdullayev (90+) gümüş, Günel Bəkirzadə (57 kq), Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıb.

 

Beləliklə yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında 2-ci yeri tutub.

 

Qeyd edək ki, Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.