18:19 06-03-2017
news_image
373
TOP OYUNLARI

Finala iddiaçıların duelinin vaxtı bəlli oldu

Kişi basketbolçular arasında Azərbaycan çempionatının pley-off mərhələsinin ikinci oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, finala vəsiqələrə iddialıların qarşılaşmaları martın 11-də baş tutacaq.

 

“The Club Port Baku"nun meydanına ilk olaraq NTD və “Marşallar” çıxacaq. Bu matç saat 14:00-da başlayacaq. Saat 15:30-da isə “Dərviş”lə “80-lər” üz-üzə gələcək.

 

Qeyd edək ki, ilk oyunlarda NTD 103:72, “Dərviş” isə 51:46 hesabı ilə qalib gəlib.