18:44 09-03-2017
news_image
570
DİGƏR NÖVLƏR

Yığmamız Dünya Kubokundan imtina etdi

Martın 17-27-də Meksikanın Akapulko şəhərində stend atıcılığı üzrə Dünya Kuboku keçiriləcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisi iştirak etməyəcək.

 

Belə ki, artıq Dünya Kubokuna qatılacaq yığmaların siyahısı açıqlanıb. Snayperlərimizin hədəf önünə keçməyəcəyi turnirdə 32 ölkədən 216 idmançı dəqiqliyini yoxlayacaq.