00:19 11-03-2017
news_image
457
TOP OYUNLARI

“Jidkovanın qarşısını ala bilmədik” – Zoran Qayiç

“İkinci hissədən sonra biz zəifləmədik, sadəcə olaraq rəqib yaxşı oynamağa başladı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Telekom”un baş məşqçisi Zoran Qayiç deyib.

 

Qadınlar arasında voleybol üzrə Azərbaycan Super Liqasında “Azərreyl”lə qarşılaşan “rabitəçilər” 2:0 öndə olduğu matçdan 2:3 hesabı ilə məğlub ayrılıb.

 

Mütəxəssis matçdan sonra fikirlərini Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsi ilə bölüşüb: “Katerina Jidkovanın zərbələrinin qarşısını ala bilmədik. Nəticədə mövsümdə ilk dəfə “Azərreyl”ə uduzduq. Düşünürəm ki, azarkeşlər oyundan çox məmnun qaldılar”.