12:23 11-03-2017
news_image
788
DİGƏR NÖVLƏR

İdmançımız dünya reytinqində “10-luğ”a daxil oldu - FOTO

Beynəlxalq Atıcılıq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Hindistanda paytaxtı Dehlidə güllə atıcılığı üzrə keçirilən Dünya Kubokunun yekununa əsasən müəyyənləşən siyahıda Azərbaycan snayperi Ruslan Lunyov mövqeyini yaxşılaşdırıb.

 

25 m məsafəyə atəş açmada 3-cü olan təmsilçimiz 10 pillə irəliləməklə 10-cu yerə yüksəlib. O, aktivindəki xalların sayını 742-yə çatdırıb.

 

Lunyov 10 m atəş açmada 4 pillə geriləyib. İdmançımız 24-cü yerə enib. O, 50 m məsafədən hədəfi nişan almada isə 58-cidi.