09:02 13-03-2017
news_image
225
TOP OYUNLARI

Odina Bayramovanın komandası mövqeyini itirdi

Qadın voleybolçular arasında İtaliya A seriyasında XX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Odina Bayramovanın şərəfini qoruduğu “Firenze” “Modena”nın qonağı olub.

 

Təmsilçimizin komandası qarşılaşmanı məğlubiyyətlə başa vurub. “Firenze” rəqibindən bir set belə ala bilməyib – 0:3 (18:25, 22:25, 22:25).

 

Bayramova oyunda 7 dəqiq zərbə ilə fərqlənib.

 

Bu məğlubiyyətdən sonra “Firenze” turnir cədvəlində 8-ci pilləni “Boltsano”ya təhvil verib, özü 9-cu yerə enib. Bu rəqibdən 3 xal geri qalan komandanın aktivində 25 xalı var.