16:11 03-04-2008
news_image
597
DİGƏR NÖVLƏR

Azərbaycanlı peşəkar boksçu Rusiyada özündən 14 yaş kiçik olan rəqiblə döyüşəcək

Bakı. Kənan Həsənov-APA-Sport. Aprelin 12-də Rusiyanın Yekaterinburq şəhərində peşəkar boks gecəsi keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, “Puşka” promouter şirkətinin təşkil etdiyi gecə çərçivəsində 10 döyüş baş tutacaq. 69,853 kq çəkidə rinqə Sankt-Peterburq şəhərində yaşayan soydaşımız Tahir Rzayev çıxacaq. İndiyədək keçirdiyi 51 görüşün yalnız 5-də qələbə qazanan, 45 dəfə uduzan və bir heç-heçə edən 32 yaşlı T.Rzayev rusiyalı Maks Limonovla qarşılaşacaq. 18 yaşlı M.Limonov bu günədək rinqdə keçirdiyi ardıcıl dörd döyüşdə qələbə qazanıb.