18:57 15-03-2017
news_image
265
TOP OYUNLARI

“Neftçi” və “Lokomotiv”dən darmadağın

Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək dəstəsinin pley-off mərhələsinin ilk dövrəsinə start verilib. Apasport.az saytının məlumatına görə, günün ilk matçında “Neftçi” MOİK-i sınağa çəkib.

 

Qarşılaşma “ağ-qaralar”ın asan qələbəsi ilə yekunlaşıb. Onlar həlledici mərhələyə darmadağınla başlayıblar.

 

Ardınca “Lokomotiv” pley-offda yeganə bölgə təmsilçisi “Naxçıvan”la üz-üzə gəlib. Görüş “dəmiryolçular”ın üstünlüyü şəraitində keçib. “Lokomotiv” rəqibinə set vermədən qalib gəlib.

 

Pley-off mərhələsi, I dövrə

15 mart

“Neftçi” – MOİK – 3:0 (25:22, 25:18, 25:12)

“Lokomotiv” – “Naxçıvan” – 3:0 (25:21, 25:13, 25:17)