10:00 23-03-2017
news_image
269
TOP OYUNLARI

Millimiz ikinci oldu

Qırğızıstanda keçirilən basketbol üzrə "Novruz 2017" turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda çıxış edən 20 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi final qarşılaşmasında Qırğızıstan-1 komandası ilə görüşüb.

 

Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 75:67. Bu məğlubiyyətlə millimiz turniri 2-ci pillədə başa vurub.

 

Qeyd edək ki, U-20 yığmamız üçün turnir yayda keçiriləcək Avropa çempionatının B divizionuna hazırlıq məqsədi də daşıyıb.