13:28 04-04-2008
news_image
696
DİGƏR NÖVLƏR

Azərbaycanlı boksçu Əli İsmayılov peşəkar rinqdə 12-ci qələbəsini qazanıb - FOTO

Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycanlı peşəkar boksçu Əli İsmayılov Rusiyanın Sankt-Peterburq şəhərində növbəti döyüşünü keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, WBO Latino versiyası üzrə “qızıl kəmər”in sahibi olan həmyerlimizin rəqibi braziliyalı Daniel Bispo olub. Səkkiz raunddan ibarət görüş həmyerlimizin xal hesablı qələbəsi ilə başa çatıb. Bu Ə.İsmayılovun peşəkar rinqdə keçirdiyi 14-cü döyüşdə qazandığı 12-ci (8 nokaut) qələbəsi olub. Boksçumuz, həmçinin bir görüşdə uduzub və bir dəfə heç-heçə edib.
Qeyd edək ki, həmyerlimizin 34 yaşlı rəqibi son döyüşədək keçirdiyi 28 görüşün 20-də (14 nokaut) qələbə qazanıb, 8 dəfə məğlub olmuşdu.