10:05 24-03-2017
news_image
322
TOP OYUNLARI

Çempionlar Liqasında qonaqların günü

Qadın voleybolçular arasında Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, 1/3 final mərhələsinin ilk oyunları qonaqların qələbəsi ilə yekunlaşıb.

 

Belə ki, rəqiblərini qəbul edən “Volero” (İsveçrə) və “Əczaçıbaşı” (Türkiyə) hesabda irəli keçsələr də, bunun ardını gətirə bilməyiblər. İtaliya “Modena”sı isə Moskva “Dinamo”su ilə görüşdə darmadağına üzülüb.

 

Komandalar arasında cavab qarşılaşmaları aprelin 4-də və 5-də olacaq.

 

“Volero” (İsveçrə) – “Vakıfbank” (Türkiyə) – 1:3 (25:15, 20:25, 17:25, 21:25)

“Əczaçıbaşı” (Türkiyə) – “Fənərbaxça” (Türkiyə) – 2:3 (25:16, 22:25, 19:25, 25:21, 12:15)

“Modena” (İtaliya) – “Dinamo” (Rusiya, Moskva) – 0:3 (22:25, 13:25, 13:25)

 

Qeyd edək ki, “Volero”nun heyətində oynayan Azərbaycan millisinin sabiq hücumçusu Natalya Məmmədova “Vakıfbank”la görüşün son 2 setində əvəzetmələrlə meydana daxil olsa da, xal qazana bilməyib.