17:26 24-03-2017
news_image
466
TOP OYUNLARI

Yaponiya millisi 31 yaşlı türkə tapşırıldı

Qadın voleybolçulardan ibarət Yaponiya millisinə yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, asiyalıları Tokio Olimpiadasına türkiyəli Ferhat Akbaş hazırlayacaq.

 

Rumıniyada “Buxarest” klubunu çalışdıran gənc mütəxəssislə 2020-ci ilin sonunadək müqavilə imzalanıb. O, Yaponiya yığmasının tarixinə ilk əcnəbi məşqçi kimi düşüb.

 

Qeyd edək ki, cəmi 31 yaşı olan Akbaş Çinin “Quanqdonq”, İstanbulun “Türk Telekom”, “Qalatasaray” və “Vakıfbank” klublarında məşqçi, Türkiyə yığmasında baş məşqçi vəzifəsində də işləyib.