17:47 24-03-2017
news_image
517
DİGƏR NÖVLƏR

“Əcnəbi yığmamız” Avropa Kubokuna qatılacaq

Martın 25-də İspaniyanın Las-Palmas şəhərində triatlon üzrə Avropa Kubokuna start veriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

 

Avropa Kubokunda ölkəmizi rusiyalı baş məşqçi Sergey Yatsenkonun rəhbərliyi altında milliləşdirilmiş həmyerlisi Kseniya Levkovskaya və ukraynalı Rostislav Pevtsov təmsil edəcəklər.

 

Onlar yarışın ardından Las-Palmasda təlim-məşq toplanışı da keçəcəklər.