22:06 24-03-2017
news_image
682
FUTBOL

Rusiya öz meydanında uduzdu - VİDEO

DÇ-2018-ə hazırlıqlarını davam etdirən Rusiya millisi hazırlıq matçlarında qüvvəsini sınayır. Apasport.az saytının məlumatına görə, mundiala ev sahibliyi edəcək Şimal qonşularımız seçmə mərhələdən azad olduğu üçün FİFA-nın bu oyunlar üçün pəncərəsindən yoxlama görüşləri üçün istifadə edir.

 

Krasnodarda baş tutan oyunda Çerçesovun yetirmələrinin rəqibi Fil Dişi Sahili millisi olub. Matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Mark Vilmotsun komandasında Kocia və Zaha fərqlənib.

 

Yoldaşlıq oyunu

24 mart

 

Rusiya – Fil Dişi Sahili – 0:2

Qollar: Kocia, 30, Zaha, 70