17:04 27-03-2017
news_image
3056
TOP OYUNLARI

“Üçlük” dəqiqləşdi: “Telekom” çempion!

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2016/2017 mövsümün mükafatçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ötən il noyabrın 8-də başlayan marafon “Telekom”un çempionluğu ilə yekunlaşıb.

 

Onlar son turun “Lokomotiv”lə oyununda 3:0 hesabı ilə qalib gələrək, qızıl medalları təmin ediblər. Belə ki, günün son qarşılaşmasında meydana çıxacaq “Azərreyl” “Azəryol”la görüşün nəticəsindən asılı olmayaraq, ötən il qazandığı titulla vidalaşıb.

 

Buna çempionatın reqlamenti səbəb olub. Qələbə sayında rəqibi üçün əlçatmaz olan “Telekom” məhz bu göstəriciyə görə tarixinin ilk çempionluğunu rəsmiləşdirib. “Rabitəçilər” 16 oyunda 13 qələbə qazanıb ki, bu “dəmiryolçular”dan 2 qalibiyyət çoxdu. Düzdü, sonuncular 39 xala malik çempionu arxada qoymaq imkanına malikdi. Çünki 3 xal onların aktivini 40-a çatdıracaq. Amma xallar deyil, qələbələr əsas götürüldüyündən “Azərreyl” – “Azəryol” oyunu formal xarakter daşıyacaq.

 

Maraqlıdı ki, bu görüş “Azəryol” üçün də hansısa əhəmiyyət daşımır. Onlar da çempionatın axırıncı qarşılaşmasına kimi bürünc medalı təmin ediblər.

 

Mövsümü aktivində 12 xalı olan “Lokomotiv” 4-cü, cəmi 1 set qazanan Gürcüstan millisi isə sonuncu pillədə başa vurub.