19:38 27-03-2017
news_image
395
TOP OYUNLARI

Faiq Qarayevdən Zoran Qayiçə mükafat

“Telekom” klubunun baş məşqçisi Zoran Qayiç Azərbaycan Voleybol Federasiyası tərəfindən mükafatlandırılıb. Apasport.az saytı xəbər verir ki, serbiyalı mütəxəssis ölkə voleybolunda göstərdiyi xidmətlərə görə xüsusi mükafata layiq görülüb.

 

Super Liqanın rəsmi bağlanış mərasimində ona hədiyyəni Azərbaycan Voleybol Federasiyasın I vitse-prezidenti Faiq Qarayev təqdim edib.

 

O bildirib ki, Qayiç ölkə voleybolumuza böyük fayda verib. Qarayev Bakı təmsilçisinin çalışdırıcısına Serbiya Voleybol Federasiyasında prezident kimi fəaliyyətində uğurlar da arzulayıb.

 

Qeyd edək ki, Qayiç “Telekom”la çempion adını qazanıb.