20:20 27-03-2017
news_image
2980
TOP OYUNLARI

“Olimpiya Oyunlarında iştirak etməyi arzulayıram” - Cavid Qurbanov

“Bu gün çox gözəl gündü. Çünki ilk dəfə federasiya prezidenti kimi qarşınızda çıxış edirəm”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov deyib.

 

Qurum rəhbəri Super Liqasının 2016/2017 mövsümün başa çatması və ilk “üçlüy”ün mükafatlandırılması mərasimində çıxış edib. O bildirib ki, bu gün yeni uğurun, yeni başlanğıcın təməlidi: “Voleybol Azərbaycanda bir çox əfsanəvi insanların adı ilə də bağlıdı. Onlardan Vaqif Əliyev, Faiq Qarayev burdadı. Azərbaycan ərazisinə görə çox böyük olmasa da, 25 illik müstəqillik dövründə inamlı qələbələrə imza atıb. Azərbaycan voleybolu da həm ölkə, həm də Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin tapşırığı ilə qələbələrə doğru addımlayır. Bir vaxtlar Olimpiya Oyunlarını Azərbaycan üçün xəyal kimi görünürdü. Amma artıq idmançılarımız Olimpiadalardan yüksək əyarlı medallarla qayıdırlar”.

 

O, Azərbaycan voleybolçularını bu il iştirak edəcəkləri böyük yarışlarda uğur qazanacağına inam ifadə edib: “Bu il ölkəmizdə İslam Həmrəyliyi Oyunları, Avropa çempionatının final və dünya çempionatının seçmə oyunları keçiriləcək. Ardınca arzumdu ki, Olimpiya Oyunlarında iştirak edək. Bu səbəbdən bütün voleybolçulardan uğurlu çıxış gözləyirəm. Lisenziya uğrunda birgə çalışacağıq. Siz böyük işlər görmüsüz. Bu gün şadam ki, komandalarımızın baş məşqçiləri azərbaycanlı gənclərdi. Yığmaya 30-a yaxın azərbaycanlı qızın çağırılması böyük fərəhdi. Bu gün bizim ehtiyat qüvvəmiz var. Bunu birgə qazanmışıq. Hesab edirəm ki, daha da yaxşı olacaq. Mən həmişə sizinləyəm”.

 

Ardınca çempion “Telekom”u, gümüş medalçı “Azərreyl”i və 3-cü pillənin sahibi “Azəryol”u təbrik edən Qurbanov yığma üzvlərinin hər birinə Olimpiya çempionluğu da arzulayıb.  

 

Tədbirdə çıxış edən gənclər və idman nazirin müavini İsmayıl İsmayılov da mükafatçıları nazirlik adından təbrik edib. O bildirib ki, voleybol Azərbaycanda populyar idman növünə çevrilib və qadınlardan ibarət yığma komandamız ölkəmizin idman şərəfini layiqincə qoruyur: “İnanıram ki, xanım voleybolçularımız Azərbaycanı növbəti Olimpiya Oyunlarında təmsil edəcəklər”.