09:43 28-03-2017
news_image
1528
TOP OYUNLARI

Azərbaycanın ən yaxşıları

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2016/2017 mövsümünün simvolik yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, tarixində ilk dəfə olaraq qızıl medallara yiyələnən “Telekom”un 2 oyunçusu bu komandada yer alıb.

 

Belə ki, yarışın ən dəyərli voleybolçusu (MVP) adını Yelizaveta Səmədova qazanıb. O, bu titulu ötən il “Azərreyl”də oynamış Madison Kinqdondan təhvil alıb. Yığmamızın hücumçusu bununla kifayətlənməyib. Səmədova 9 nominasiyadan 3-də bütün rəqiblərini qabaqlayıb. “Telekom”un kapitanı MVP olmaqla yanaşı, ən yaxşı hücumçu və topu ən yaxşı oyuna daxil edən də seçilib.

 

Onun komanda yoldaşı Olena Həsənova isə blokçular arasında ən güclü olduğunu göstərib.

 

Çempionatın bombardiri bürünc mükafatçı Yelena Yakimçuk (“Azəryol”) olub. “Azəryol”un digər üzvü Yuliya Kərimova isə 2 - ən yaxşı libero və ən yaxşı müdafiəçi mövqeyində birinci olub.

 

Ümumilikdə, “doqquzluq”da çempion “Telekom”, həmçinin ikinci yeri tutan “Azərreyl” və bürünc medalçı “Azəryol” 2 oyunçu ilə təmsil olunub.

 

2016/2017 mövsümünün simvolik komandası

Ən dəyərli voleybolçu – Yelizaveta Səmədova (Telekom)

Ən yaxşı bombardir – Yelena Yakimçuk (Azəryol)

Ən yaxşı toppaylayıcı – Danitsa Radenkoviç (Azərreyl)

Ən yaxşı blokçu – Olena Həsənova (Telekom)

Ən yaxşı hücumçu – Yelizaveta Səmədova (Telekom)

Ən yaxşı libero – Yuliya Kərimova (Azəryol)

Topu oyuna ən yaxşı daxil edən – Yelizaveta Səmədova (Telekom)

Ən yaxşı topqəbuledici – Malika Kanzonq (Azərreyl)

Ən yaxşı müdafiəçi – Yuliya Kərimova (Azəryol)