10:55 28-03-2017
news_image
634
FUTBOL

“Şanxay Şenxua”nın stadionu yandı - VİDEO

Çinin Şanxay şəhərində yerləşən “Xunkou” stadionunda yanğın olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib.

 

“Şanxay Şenxua” stadionuna məxsus arenanın öncə ikinci mərtəbəsi alovlanmağa başlayıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər gəlib və yalnız bir saata yanğının qarşısı alınıb. Hadisənin təfərrüatları və zərərçəkənlər barədə hələlik məlumat verilməyib.

 

Qeyd edək ki, “Xunkou” stadionu 33 min tamaşaçı tutumuna malikdi.