14:46 28-03-2017
news_image
2694
TOP OYUNLARI

Millimizin Avropa Liqasındakı oyunlarının TƏQVİMi

Kişi voleybolçular arasında Avropa Liqasında I dövrənin təqvimi açıqlanıb. Apasport.az saytının məlumatına görə, A qrupunda mübarizə aparacaq Azərbaycan yığmasının ilk 3 görüşdə hansı komandalarla oynayacağı dəqiqləşib.

 

Belə ki, iyunun 16-18-də Makedoniyanın ev sahibliyi edəcəyi I dövrədə ilk oyunu ev sahiblərinə qarşı keçirəcəyik. Ardınca İsveç və Albaniya ilə üz-üzə gələcəyik.

 

Yarışın II dövrəsi isə iyunun 23-25-də olacaq. Hələlik oyunları keçirəcək Albaniya təqvimi açıqlamayıb.

 

16 iyun

Albaniya – İsveç

Makedoniya – Azərbaycan

 

17 iyun

İsveç – Azərbaycan

Almaniya – Makedoniya

 

18 iyun

Azərbaycan – Albaniya

Makedoniya – İsveç