16:12 28-03-2017
news_image
2488
TOP OYUNLARI

Azərbaycan çempionu komanda axtarışına çıxdı - MÜSAHİBƏ

“Telekom”un voleybolçusu Kseniya İvanoviç “worldofvolley”ə müsahibə verib. Apasport.az saytının məlumatına görə, son 2 ili Bakıda oynayan Monteneqro millisinin 31 yaşlı hücumçusu ölkəmizdəki çıxışını dəyərləndirib. “Telekom”la ötən mövsüm gümüş, bu il qızıl medal qazanan İvanoviç müqaviləsinin vaxtı bitdiyindən yeni təkliflərə açıq olduğunu da söyləyib.

 

- Azərbaycan Super Liqasında 2-ci medalınızı qazandız. Hədəfinizə çatdığınızı demək olarmı?

- Mövsümün əvvəlində qarşımıza əsas məqsəd kimi çempion titulunu qazanmağı qoymuşduq. Çempionlar Liqasında oynasaq da, əsas qüvvəmizi Super Liqaya səfərbər etmişdik. Mükafata doğru yol heç də asan olmadı. Çünki əsas rəqibimiz “Azərreyl” və digər komandalar da bizə qarşı mübarizə aparırdı. “Azərreyl”i 4 matçda 3-də məğlub etdik. Ümumiyyətlə isə onlarla 4 matçımızın hamısı tay-brekə kimi uzandı.

 

- Ümumiyyətlə “Telekom”dakı çıxışınızı necə dəyərləndirirsiz?

- Mənim zədə ilə bağlı problemim vardı. Lakin artıq hər şey arxada qalıb. Yeni çağırışları səbirsizliklə gözləyirəm. Zoran Qayiçin rəhbərliyi altında 2 mövsüm keçirmək mənim üçün böyük şərəf idi. Xüsusilə də komandada serbiyalı Sladyana Mirkoviç, Yovana Vesoviç və Aleksandra Petroviçlə oynamaq çox xoş idi. Onlar Bakıda mənim yaxın rəfiqələrim idilər.

 

- Növbəti mövsüm barədə nə düşünürsüz?

- Hazırda mən yalnız istirahəti düşünürəm. Bundan sonra isə gələcək karyeram haqda fikirləşəcəm.