22:09 28-03-2017
news_image
541
FUTBOL

“Qəbələ”li oyunçu qol vurdu, komandası qalib gəldi - VİDEO

Bir sıra ölkələrin milli komandaları yoldaşlıq görüşündə üz-üzə gəliblər. Apasport.az saytının məlumatına görə, Estoniya yığması Xorvatiya ilə qarşılaşıb.

 

Görüş baltikyanı ölkənin komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

“Qəbələ”nin futbolçusu Sergey Zenyov matça ehtiyat oyunçular skamyasında başlasa da, 70-ci dəqiqədə Anyeri əvəzləyərək meydana daxil olub. O, 84-cü dəqiqədə komandasının üçüncü qoluna imza atıb.