01:09 29-03-2017
news_image
561
FUTBOL

Video hakim sistemindən iki kritik qərar - VİDEO

Yoldaşlıq oyununda Fransa ilə İspaniya qarşılaşıblar. Apasport.az saytının məlumatına görə, bu görüşdə ilk dəfə video hakim funksiyasından istifadə edilib.

 

Maraqlıdı ki, yeni funksiya birbaşa oyunun taleyinə təsir edən qərarlar verib.

 

Belə ki, hesab 0:0 olarkən Antuan Qrizman fransızları önə keçirsə də, baş hakimə kənardan gələn xəbərdarlıqla qol ləğv edilib. Buna səbəb Kurjavanın oyundankənar epizodda olması olub.

 

İspaniya millisinin oyunçusu Delofo hesabı 2:0 edərkən isə yan hakim oyundankənar qərarı versə də, baş hakim yenə kənardan aldığı məlumatla qolu qeydə alıb.

 

Matç bu hesabla başa çatıb.