17:25 29-03-2017
news_image
326
TOP OYUNLARI

“Lokomotiv” Azərbaycan çempionudu!

Kişi voleybolçular arasında Azərbaycan çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakının “Lokomotiv” klubu çempionatın bitməsinə bir tur qalmış qızıl medalları təmin edib.

 

“Dəmiryolçular” buna Yüksək dəstənin II pley-off mərhələsinin V turunda nail olub. Naxçıvanda keçirilən II dövrənin 2-ci oyun günündə “Neftçi” ilə görüşən “Lokomotiv” 3:1 hesabı ilə qalib gəlib.

 

Xal hesabını 15-ə, izləyicisi və əsas rəqibi ilə fərqi 6-ya çatdıran “dəmiryolçular” bununla da çempion tituluna yiyələnib.