00:44 30-03-2017
news_image
441
FUTBOL

Messi özünü müdafiə etdi: Hakimə söyməmişəm - VİDEO

DÇ-2018-in seçmə mərhələsində Çili ilə oyunda hakimi söydüyü üçün FİFA tərəfindən ağır cəza alan Argentinanın super ulduzu Lionel Messi susqunluğunu pozub. Apasport.az saytının məlumatına görə, “tanqoçular”ın 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda matçın köməkçi hakiminə ağır söyüşlər işlətdiyi üçün 4 oyunluq cəzalandırılan Leo əslində işlətdiyi təhqirin ünvansız olduğunu deyib.

 

“Sözlərim yan xətt hakiminin ünvanına deyildi. Əsəbi idim və havaya söydüm” – deyə Messi bildirib.

 

Qeyd edək ki, hücumçunun klubu “Barselona” rəsmi məlumat yayaraq oyunçusuna verilən cəzaya çox təəccübləndiyini bildirmişdi.

 

Bəhs olunan epizodu təqdim edirik.