00:57 30-03-2017
news_image
246
TOP OYUNLARI

“Medalı qazanmaq şanslarımız 20 faizdən yüksək deyil”

“Bakıda “Naxçıvan”a uduzmağımızın əsas səbəbi toppaylayıcımız Eldar Zülfüqarovun oynamaması idi. Ancaq bu dəfə oyun qurucusu çox yaxşı çıxış etdi”. Bunu apasport.az saytına açıqlamasında MOİK-in voleyolçusu İrşad Seyidov deyib.

 

37 yaşlı hücumçu Naxçıvanda keçirilən pley-off mərhələsinin V turunda yerli komandanı 3:2 hesabı ilə məğlub etmələrinə münasibət bildirib.

 

Onun sözlərinə görə, Bakıda keçirilən oyunlarla müqayisədə burda tam heyətlə oynamaları “hərbiçilər”in qələbəsində mühüm rol oynayıb: “Gənc blokçumuz Vüsalın oyununu da fərqləndirə bilərəm. Ancaq yenə də bürünc medalı qazanmaq şanslarımız 20 faizdən yüksək deyil. Çalışacağıq ki, sabah bunu reallaşdıraq”.

 

Ali Hərbi Məktəbin mayoru yeni mövsümdə daha iddialı olacaqlarını da sözlərinə əlavə edib.