14:54 30-03-2017
news_image
526
TOP OYUNLARI

Bürünc medal “Naxçıvan”in oldu - YENİLƏNİB

Kişi voleybolçular arasında Azərbaycan Yüksək dəstəsində 2016/2017 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Naxçıvanda təşkil olunan həlledici mərhələnin VI turu 3-cü yerin sahibini müəyyənləşdirmək baxımından böyük əhəmiyyət kəsb edirdi.

 

Belə ki, günün ilk matçında “bürünc”ə iddialı MOİK artıq çempionluğu təmin edən “Lokomotiv”lə üz-üzə gəlib. “Hərbiçilər” güclü rəqibdən cəmi bir setdə üstün olublar. Qarşılaşmanı məğlub tərk edən MOİK yarışı 4-cü pillədə başa vurub.

 

Bu nəticə günün ikinci matçının formal xarakter daşımasına səbəb olub. Çünki MOİK-in məğlubiyyəti “Naxçıvan”ın mövsümü 3-cü pillədə başa vurmasına şərait yaradıb. Qarşılaşma isə “Neftçi”nin böyükhesablı qalibiyyəti ilə başa çatıb.

 

Beləliklə, “Lokomotiv” son 8 ilin çempionu “Neftçi”ni taxtdan salıb. Sonuncular bu dəfə gümüş medalla kifayətlənib.

 

 

Pley-off mərhələsi, VI tur

30 mart

 

“Lokomotiv” - MOİK - 3:1 (22:25, 25:17, 25:16, 25:22)

“Naxçıvan” - “Neftçi” - 0:3 (10:25, 23:25, 23:25)

 

N

Komanda

O

Q

M

S/F

T/F

X

1

Lokomotiv

6

6

0

18-2

494-305

18

2

Neftçi

6

4

2

13-6

451-389

12

3

Naxçıvan

6

1

5

5-16

414-491

4

4

MOİK

6

1

5

5-17

432-516

2