13:55 30-03-2017
news_image
538
TOP OYUNLARI

“Taktiki səhvə yol verdik” – “Azərreyl”in baş məşqçisindən etiraf

“Lokomotiv”ə qarşı pis oynamadıq. Bilirsiz ki, rəqibin heyəti güclü oyunçulardan qurulub”. Bunu apasport.az saytına MOİK-in voleybolçusu Famil Ağayev deyib.

 

“Azərreyl”in baş məşqçisi Yüksək dəstənin son turunda “Lokomotiv”ə məğlubiyyətlərinin səbəbini açıqlayıb. O bildirib ki, “bürünc”ü əldən vermələrində rəqiblərin güclü olması rol oynayıb: “8 ildi mən peşəkar voleybolçu karyeramı bitirmişəm. “Naxçıvan”la oyunda bütün gücümüzü ortaya qoyduq və bu səbəbdən “Lokomotiv”lə oyunumuz alınmadı. 3-cü setdən sonra demək olar ki, ayağımı hiss etmirdim. Bakıda “Naxçıvan”la oyunda isə taktiki səhvə yol verdik. “Neftçi” ilə matçda bütün gücümüzdən istifadə etdik. Ancaq “Naxçıvan” “Lokomotiv”ə ciddi müqavimət göstərməyib, bütün gücünü bizə qarşı qoydu. Ona görə də Bakıda uduzduq. Bu məğlubiyyət bürünc medalı əldən verməyimizdə həlledici rol oynadı”.

 

Qeyd edək ki, MOİK son turda “Lokomotiv”ə qalib gəlsəydi, bürünc iddiasını qoruyacaqdı. Lakin onların medal qazanmaq şansı “Naxçıvan” – “Neftçi” matçından da asılı olacaqdı.