15:57 30-03-2017
news_image
337
TOP OYUNLARI

Azərbaycan çempionatının qalibləri mükafatlandırıldı

Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək dəstəsinin mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Naxçıvanda təşkil olunan pley-off mərhələsinin son turundan sonra baş tutan tədbirdə iştirakçılar meydana dəvət olunublar.

 

Mərasimdə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov, vitse-prezidenti Faiq Qarayev, Naxçıvan gənclər və idman naziri Azad Cabbarov və Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.

 

“Naxçıvan” bürünc, “Neftçi” gümüş və “Lokomotiv” qızıl medallarla təltif edilib.

 

Onlara medalları Azərbaycan və Naxçıvan voleybol federasiyalarının rəsmiləri veriblər.

 

“Lokomotiv”ə qızıl medalları və çempionluq kubokunu federasiyanın prezidenti Cavid Qurbanovla və Naxçıvan Milli Məclisinin sədri Vasif Talıbov təqdim ediblər. 

 

Bədii hissə ilə davam etdirilən tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.