18:08 30-03-2017
news_image
678
TOP OYUNLARI

“Onlar karyeramı davam etdirməyə problem yaratmırlar” – 8 qat Azərbaycan çempionu

“Bu il ölkə çempionatı daha baxımlı idi. Komandaların heyəti güclənmiş, rəqabət artmışdı. Azarkeş marağı da əvvəlki illərlə müqayisədə xeyli artıb”. Bunu apasport.az saytına “Neftçi”nin voleybolçusu Nihad Tarverdiyev deyib.

 

“Ağ-qaralar”ın oyunçusu Azərbaycan çempionatında 8 il qoruduqları tutulu əldən vermələrinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, gümüş medal qazansalar da, mövsüm təcrübə baxımından komandası üçün uğurlu alınıb: “İnanıram ki, mövsümün belə yaxşı alınması yığmanın güclənməsinə və İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxış etməsinə imkan verəcək. Naxçıvanlı olsam da, gələcəkdə bu klubdan təklif gəlsə, “Neftçi”dən ayrılmaram. Çünki Bakıda yaşayıram və voleybolçu kimi “Neftçi”də yetişmişəm. Həmçinin onlarla 8 dəfə ölkə çempionu adını qazanmışam. Mən, eyni zamanda, Fövqəladə Hallar Nazirliyində çalışıram. Nazirliyə minnətdarlığımı bildirirəm ki, voleybolçu karyeramı davam etdirməyə problem yaratmırlar və mənə dəstək olurlar”.