20:13 31-03-2017
news_image
316
FUTBOL

Premyer Liqada ötən ayın ən yaxşısı bəlli oldu

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı oyunçusunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Everton”un hücumçusu Romelu Lukaku hamını qabaqlayıb.

 

İPL-in saytında keçirilmiş sorğunun nəticəsinə əsasən, belçikalı forvard Coşua Kinq ("Bornmut"), Corcinyo Vaynaldim ("Liverpul"), Mamade Sako ("Kristal Palas"), Artur Boruç ("Bornmut"), Natan Redmondu ("Sauthempton") qabaqlayıb.

 

Qeyd edək ki, R.Lukaku ötən ay 4 qol vurub, 2 qolun ötürməsini verib.